İranda tələbələrə erməni dili öyrədilir: Türk dili isə unudulub

06.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran Konstitusiyanın 15-ci maddəsinə əsasən, məktəblərdə erməni və gürcü dillərinin tədrisi təşkil olunur.

"Cebheinfo.az" xəbər verir ki, amma ölkənin əsas qanun  Azərbaycan türkcəsinə şamil edilmir.

"Telegram" kanallarında yayılan məlumatlara görə, İsfahanın Buin Miyandəşt şəhərində tələbələr boş vaxtlarında ilk dəfə gürcü dilini öyrənməyə başlayıblar. 
Burada gürcü dili ilə yanaşı, digər dillər, o cümlədən erməni dili də tədris olunur.Amma Azərbaycan türkcəsinin öyrədilməsi "unudulub".

Halbuki Azərbaycan türkcəsi nəsildən-nəslə ötürülməlidir və Güney azərbaycanlılar öz ana dilini bilməlidirlər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью