İranda təlim təyyarəsi qəzaya uğradı: 2 pilot həlak oldu KONKRET

04.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Çərşənbə günü İranın cənub-qərbində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan hər iki pilot həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Mehr agentliyi yazıb.
Mənbə qeyd edir ki, təlim təyyarəsi İranın cənub-qərbindəki Fars əyalətində dağa toqquşaraq qəzaya uğrayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью