Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İranın Sistan və Bəlucistan əyalətinin Bəzman-İranşəhr şəhərində polis avtomobilinə silahlı hücum olub.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələrini daşıyan avtomobil silahlı şəxslər tərəfindən atəşə tutulub. Hücum nəticəsində polis zabiti Əlirza Mehrabi həlak olub, 3 əməkdaş isə yaralanıb.
İran mediası hadisəni terror aktı kimi qiymətləndirib.
Hadisə ilə bağlı araşdırma aparılır.