İranda terror hücumu: Polis kapitanı öldürüldü

29.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranda polis kapitanı terror hücumunda həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Təsnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Hörmüzqan vilayətinin Bəndər Lengə şəhərində polis kapitanı intiharçının hücumuna məruz qalıb.

Şəhərin qubernatoru Fəvad Muradzadənin verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hücum edən şəxs də ölüb.

Terror hücumunda daha bir nəfər yaralanıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Ölən şəxs polis kəşfiyyatının rəisi, kapitan Moctaba Şahididir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью