Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində sünni din xadimi öldürülüb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Sərbaz rayon administrasiyası məlumat yayıb.
“Rayonun hörmətli və tanınmış sünni din xadimlərindən biri, müəllimimiz Bəşir Salahzəhi terror hücumunun qurbanı olub və həlak olub”, – deyə rayon administrasiyasının məlumatında bildirilir.
Qeyd edilib ki, hadisə Sərbaz–İranşəhr avtomobil yolunda baş verib. Hadisənin digər detalları açıqlanmayıb.