İranda terror qruplaşmasının üzvləri ZƏRƏRSİZLƏŞDİRİLİB

06.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İranın təhlükəsizlik qüvvələrinin Sistan və Bəluçistan əyalətində keçirdiyi əməliyyat zamanı terror qruplaşmasının dörd üzvü zərərsizləşdirilib, daha 6 nəfər isə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Bildirilib ki, əməliyyat oktyabrın 26-da sözügedən əyalətdə 10 polis əməkdaşının öldürülməsindən sonra baş tutub.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri çox sayda silah da ələ keçiriblər. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью