İranda təyyarə qəzadan son anda qurtuldu

16.09.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhəd şəhərinin hava limanından havaya qalxan "Boeing 737" sərnişin təyyarəsidə ciddi problemlər yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sepehran" aviaşirkətinə məxsus təyyarənin şassisi bağlanarkən dağılıb. Bundan sonra təyyarədə silkələnmə başlayıb. Titrəyiş o qədər bərk olub ki, göyərtədəki saxlanc yerlərinin qapıları açılaraq qırılıb. Pilotlar qəza enişi etmək məcburiyyətində qalıblar və təyyarəni çətinliklə hava limanına endiriblər. Hadisə nəticəsində 127 sərnişindən heç biri xəsarət almasa da, təyyarəyə ciddi ziyan dəyib.

Qeyd edək ki, bu, "Sepehran"a məxsus təyyarədə ikinci belə haldır. Ötən ayın sonlarında digər "Boeing 737" eniş zamanı zolaqdan kənara çıxmışdı.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью