İranda təyyarə qəzası: briqada generalı həlak oldu FOTO

04.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına məxsus “Gayrokopter” tipli təyyarə qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Ölkənin cənub-şərqindəki “Sirkan” bölgəsində təlim zamanı baş vermiş qəza nəticəsində göyərtədəki pilot və general həlak olub.

Qəzada ölən briqada generalının Həmid Mazandarani olduğu bildirilib.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları noyabrın 1-dən etibarən Sistan və Bəlucistanda “Təhlükəsizlik Şəhidləri” kod adlı hərbi təlim keçirirdi.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью