İranda toya hücumda yaralananların sayı artdı

02.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın Hörmözqan ostanının Sirik şəhərində toy mərasiminin atəşə tutulması nəticəsində yaralananların sayı 68 nəfərə çatıb.

Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə ostanın qubernatorunun müavini Əhməd Nəfisi məlumat yayıb.

Son məlumatlara görə, hücum nəticəsində azı 5 nəfər ölüb. 

Qeyd edək ki, daha əvvəl İran tərəfi hücumda 50 nəfərin yaralandığını açıqlamışdı. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью