Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda Donald Trampdan "müharibə cinayətləri"nə görə qisas almaq barədə söhbətlər gedir.
İslam Respublikasının ən nüfuzlu gündəlik qəzetlərindən biri olan "Hamshahri" ABŞ prezidenti Donald Trampın yaxın planda silahın hədəfində çəkilmiş şəklini birinci səhifədə dərc edib.
"Qisas qaçılmazdır. Müharibə cinayətkarları ilə üzləşmək lazımdır", - məlumatda vuröulanır.
Qəzet həmçinin İran rəsmilərinin və liderlərinin ölümündən sonra əvvəllər açıq şəkildə qisas tədbirlərinə çağıran bir neçə yüksək vəzifəli İran din xadiminin açıqlamalarını dərc edib. Bu iddia edilən sui-qəsdlərə görə məsuliyyət əsasən İsrail və ABŞ-ın üzərinə qoyulub.
Nəşr İran dövlət qurumlarından maliyyə alır və əsasən İslam Respublikası hakimiyyətinin rəsmi mövqeyini əks etdirdiyinə inanılır.
Əvvəllər xəbər verildiyi kimi, ABŞ və İran arasında iyun ayının ortalarında əldə edilən kövrək atəşkəs, strateji əhəmiyyətli Hörmüz boğazı yaxınlığında bir neçə gün davam edən genişmiqyaslı hücumlardan sonra ciddi şəkildə sınaqdan keçirilib. Kəskin eskalasiya dövründən sonra tərəflər diplomatik dialoqa qayıtmaq qərarına gəliblər.
ABŞ prezidenti Donald Tramp sosial media hesabı olan “Truth Social” da iki ölkə arasında təcili danışıqların yeni mərhələsinin tezliklə başlayacağını elan edib.