Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı bitib-tükənməyən bleflər etməkdənsə, öz təhlükəsizliyi barədə narahat olmalıdır.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin deputatı İbrahim Əzizi özünün X səhifəsində yazıb.
“Əks halda, özünü yemək maşınında gizlənməli vəziyyətdə tapa bilər”, - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammitindən qayıdarkən İranın sui-qəsd təhlükəsi səbəbindən hava limanında istifadə olunan iaşə yük maşınının köməyi ilə başqa təyyarəyə keçirilmişdi.