İranda Trampın qətli üçün pul yığıldı Video

19.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İran dövlət televiziyası ABŞ Prezidenti Donald Trampı öldürmək üçün pul toplayıb.

Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, verilişin aparıcısı Məryəm Qasimi bildirib ki, bütün iranlıların ən böyük istəyi bir gün Trampın ölüm xəbərinin televiziya vasitəsilə elan edilməsidir.

Bundan sonra aparıcı verilişin tamaşaçılarına sual ünvanlayıb:

“Trampın öldürülməsinə nə qədər mükafat vermək istəyirsiniz? Bizə deyin”.

Verilişin sonunda aparıcı 81 milyon tümən (738 AZN) pul yığıldığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью