İranda türk erası BAŞLAYIR | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat yayır. İranda Türk dünyası, türk erası birmənalı olaraq başlayır.
Bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan İcmasının sədri Sayman Aruz bildirib.
O qeyd edib ki, ümumilikdə Yaxın Şərqdə Türk erası başlayıb. "Bunun davamı olaraq İranda da dəyişiklik baş verir.
Bu, heç də Azərbaycanın və Türkiyənin qələbələrindən kənarda baş verən hadisə deyil.
İrandakı siyasi proses birmənalı olaraq türk dünyasının gedişatından asılı olaraq dəyişir.
Pezeşkianın prezident seçilməsi, Azərbaycan şeirlərini səsləndirməsi, hətta bəzən bundan təbliğat kimi istifadə etməsi türk dünyasına çevirmək istəmək deməkdir.
Nəzərə alın ki, bu gün "Traktor" komandasının oyunları ətrafında birləşən xalqımız, orada səsləndirilən milli fikirlər və yalnız Təbrizdə deyil, bütövlükdə İranda Azərbaycan sevgisi, Azərbaycançılıq ideologiyasının birmənalı olaraq əsas ideologiyaya, siyasi istəyə çevrilməsi böyük hadisədir.
Digər yandan da İranda Pezeşkian hakimiyyətə gəlib. Nə qədər də İranda prezident təsirsizdir desələr də bu doğru deyil.
Tam oxu
Xəbəri oxu