İranda üç nəfər edam edilib

15.10.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İranda çərşənbə günü paytaxt Tehran da daxil olmaqla ölkənin müxtəlif bölgələrində silahlı quldurluq törətməkdə günahlandırılan üç nəfər edam edilib.

Gununsesi.info xəbər verir ki, İran mediası məlumat yayıb.

Məlumata görə, şəxslər 2024-cü ilin aprelində 14 ayrı silahlı soyğunçuluğa görə “moharebeh” – Allaha qarşı müharibə ittihamı ilə mühakimə olunublar.

Qeyd edək ki, Amnesty International da daxil olmaqla insan haqları təşkilatları bildirir ki, İran yalnız Çindən sonra ən çox insanı edam edən ölkələrdən biridir.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью