İranda üç SEPAH zabiti öldürüldü

15.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


SEPAH-ın Qüds qüvvələri və İranın Sistan və Bəluçistan əyalətinin Kəşfiyyat İdarəsi silahlı qruplaşmalara qarşı keçirdiyi birgə əməliyyat zamanı üç SEPAH zabiti öldürülüb, bir neçəsi isə yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Halvəş” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, əyalətin Sərbaz-Rask şəhərləri arasında keçirilən əməliyyat zamanı adıçəkilən bölgələrdə yollar 10 saat müddətinə bağlanıb. İranın rəsmi qurumları birgə əməliyyatın bölgədə fəaliyyət göstərən silahlıların zərərsizləşdirilməsi məqsədi ilə başladıldığını bildirsələr də, itkilər barədə məlumat verilməyib.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью