İranda universitet yataqxanasında yanğın: Tələbələr xəsarət aldılar

11.01.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda, İsfahan Texnologiya Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, məlumatı İsfahan əyaləti fövqəladə hallar idarəsinin baş direktoru Mənsur Şişeforuş da təsdiq edib.

Onun sözlərinə görə, yanğın nəticəsində iki tələbə xəsarət alıb.

"Onlardan biri tüstüdən zəhərlənib, digəri isə ayağından yanıq xəsarəti alıb", - deyə Mənsur Şişeforuş bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью