İranda vəziyyət gərginləşir: Kürdlər hücuma keçdi

03.08.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Kürd müxalif qruplaşması PJAK İranın Kürdüstan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. Qruplaşmanın yaydığı bəyanatda bildirilir ki, hücum bir kürd ailəsinin üç üzvünün həlak olmasına cavab olaraq təşkil edilib.

İran rəsmiləri hərbi bazaya hücumun baş verdiyini təsdiqləsələr də, hadisə ilə bağlı fərqli mövqe sərgiləyiblər.

Rəsmi açıqlamada mülki şəxslərin deyil, silahlı döyüşçülərin öldüyü iddia olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью