Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlara İslam Respublikasındakı vəziyyət tam normallaşana qədər İrana səfərlərini təxirə salmağı tövsiyə edir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, İranda qalan ruslara hələ də ehtiyat tədbirləri görmək tövsiyə olunur.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlərin etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Az sonra etirazlar ölkənin əksər böyük şəhərlərə yayılıb. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ı günahlandırıb. Donald Tramp isə öz növbəsində İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini deyib. İranda son iğtişaşlar nəticəsində ölənlərin sayı 3117 nəfərə çatıb, onlardan 2427-si günahsız mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Gülayə Mecid