İranda xanım yazıçı həbs edildi

07.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhlükəsizlik məmurları İranın Kohgiluyə və Boyer Əhməd əyalətinin Dehdəşt şəhərində milliyyətcə lor olan yazıçı, şair və ictimai fəal Mehrqan Namavəri həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı xanım yazıçı martın 2-də həbs olunsa da, dövlət qurumları bunu martn 6-da təsdiqləyib.

Yazıçının hara aparıldığı və həbs səbəbi barədə məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью