İranda xəstəxanada atışma olub: Ölən var | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Kərəc şəhərindəki İmam Əli Xəstəxanasına müalicə üçün gətirilən məhbus qaçmağa cəhd edib.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, o, polislər tərəfindən güllələnərək öldürülüb.
Əlborz əyalətinin polis rəisinin verdiyi məlumata görə, məhbus planlı şəkildə özünü həyat yoldaşı kimi təqdim edən qadının köməyi ilə qaçmağa cəhd edib.
Qadın gizli şəkildə xəstəxanaya iki odlu silah gətirib və müttəhimə ötürüb. Məhbus qaçmaq istəyərkən silahlı toqquşma baş verib.
Onunla əlbir olan şəxs isə hadisə yerində ələ keçib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu