İranda XİN rəhbərlərinin iclası başlayıb

03.12.2024

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda İƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin iclası başlayıb.

Sitat.info xəbər verir ki, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 28-ci toplantısı Məşhəd şəhərində İranın xarici işlər naziri Abbas Əraqçının və təşkilata üzv ölkələrdəki həmkarlarının iştirakı ilə başlayıb.

İclasa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qatılıb.

Məlumata görə, görüşün ilk sessiyası dünən təşkilat ölkələrinin xarici işlər nazirliklərinin ekpertlərinin iştirakı ilə keçirilib və iclasda regional məsələlər, eləcə də ticarət və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью