İranda yanacaqdoldurma məntəqəsində partlayış baş verib

12.11.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Fars vilayətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə noyabrın 12-də Cəhrom rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib.

"Bu hadisə nəticəsində yeddi nəfər xəsarət alıb", - deyə əyalət təcili yardım xidmətinin rəhbəri Məsud Abed bildirib.

O vurğulayıb ki, iki nəfər ağır xəsarət alıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью