İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib

05.10.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda yanvar ayında keçirilən etiraz aksiyaları ilə bağlı həbs edilən iki nəfər edam edilib.

Bu barədə İranın “Mizan” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsfahan şəhərində etirazlar zamanı dörd polis əməkdaşının ölümü ilə əlaqədar Əlirza Sepahi və Əlirza Rəisi barəsində ölüm hökmü çıxarılıb və hökm icra olunub.

“Mizan”ın məlumatına görə, onlar silahlı üsyançı qrupa üzvlük, silahdan istifadə etmək, qorxu və təhlükəsizliksizliyin yaradılması, eləcə də müharibə və qətlə təhrik etməkdə ittiham olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью