İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? Video

18.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Son 5 ildə İranda həyat səviyyəsi sürətlə aşağı düşüb. Ölkədə işıq və su qıtlığı, xidmət çatışmazlığı və sosial problemlər daha da ağırlaşıb.

Axar.az xəbər verir ki, əhalinin gündəlik qayğılarının artdığı bir vaxtda molla rejimi daxili problemləri həll etmək əvəzinə büdcəni xarici müdaxilələrə yönəldir.

Silahlı qruplaşmaların maliyyələşdirilməsi, region ölkələrinin işlərinə qarışmaq və troll şəbəkələrinin genişləndirilməsi hökumətin əsas prioritetinə çevrilib.

Bu siyasət həm iqtisadiyyatı zəiflədir, həm də ölkə daxilində narazılığı artırır. Vətəndaşlar isə gündəlik həyatda daha ağır şərtlərlə üzləşməyə məcbur qalır.

Ətraflı Günaz TV-nin videomaterialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью