İranda yaşayış binası çökdü: Ölənlər var

26.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Tehran əyalətinin Qiamdəşt şəhərində yaşayış evi çöküb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, hadisə yerli vaxtla səhər saat 3:34-də baş verib.

Bildirilib ki, binanın çökməsi nəticəsində azı üç nəfər ölüb, bir nəfər isə yaralanıb.

Qeyd olunub ki, dağıntıların təmizlənməsi əməliyyatı hələ də davam edir. Yaralanan və ya ölənlərin sayının artacağı ehtimalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью