İranda yenə zəlzələ oldu

14.11.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün səhər İranda zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Yerli vaxtla saat 8:19-da Yəzd əyalətinin Bahabad şəhərində, 10 kilometr dərinlikdə Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. 

Dağıntı və xəsarətlər barədə məlumat yoxdur.

Ağarza Elçinoğlu  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью