İranda yeni ali lider seçildi Buşehri açıqlayacaq

08.03.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İranın Ekspertlər Şurasının üzvü Əhməd Aləmülxuda ali liderin seçilməsi üçün növbəti seçkilərin keçirildiyini və rəhbərin seçildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” İnformasiya Agentliyi məlumat yayıb.
“O, deyib ki, indi hər şey Ekspertlər Şurası Katibliyinin rəhbəri Hüseyn Buşehridən asılıdır. Hazırda qərarın açıq elan olunmasının məsuliyyəti onun üzərindədir”, - nəşr yazır.
Xatırladaq ki, daha əvvəl “Tasnim” yeni ali liderin seçilməsi ilə bağlı Ekspertlər Şurasında razılıq əldə olunduğu barədə məlumat yaymışdı.
Qeyd edək ki, İran Konstitusiyasına görə, ölkənin ali rəhbərini seçmək səlahiyyəti 88 üzvdən ibarət olan Ekspertlər Şurasına məxsusdur. İrana 37 il rəhbərlik etmiş Xamenei fevralın 28-də Tehrana endirilən ABŞ-İsrail zərbəsi nəticəsində öldürülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью