İranda yeni edamlar gözlənilir

06.06.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın Ali Məhkəməsi ölkənin cənub-qərbindəki Əhvaz şəhərində yerləşən "Şeyban" həbsxanasında saxlanılan beş siyasi məhbus barəsində çıxarılan ölüm hökmlərini qüvvədə saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Karun" insan hüquqları təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bəyanatında bildirilir ki, müstəqil vəkillərin prosesə cəlb olunmasının məhdudlaşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının pozulması və "məcburi etiraflar" əsasında keçirilən məhkəmə iclaslarından sonra hər beş məhbus yaxın günlərdə edam edilmək təhlükəsi ilə üz-üzədir.
Təşkilat ölüm hökmü qüvvədə saxlanılan şəxslərin adlarını açıqlayıb: Məsud Cəmeyi, Əlirza Mərdasi (Həmidavi kimi də tanınır), Fərşad Etimadi-Fər, Həsən Müsəllavi (Torfi) və Rza Əbdali (Daqaqlə).
 

Məlumata görə, Cəmeyi, Mərdasi və Etimadi-Fər ötən il məhkəmə qarşısına çıxarılaraq "yer üzündə fitnə-fəsad törətmək", "İslam Respublikasına qarşı çıxan üsyançı qruplara üzv olmaq", "sistem əleyhinə təbliğat aparmaq" və "əlbir olaraq toplaşmaq" kimi ittihamlarla mühakimə olunublar.


38 yaşlı ərəb mülki və mədəniyyət fəalı olan və 2022-ci ildən bəri həbsdə saxlanılan Həsən Müsəllavi "Allaha qarşı müharibə elan etmək" və "İslam Respublikasına qarşı fəaliyyət göstərən ərəb qruplaşmalarına üzv olmaq" ittihamı ilə qiyabi olaraq ölüm hökmünə məhkum edilib.
35 yaşlı siyasi məhbus Rza Əbdali isə "ölkə xaricindəki təşkilatlarla əlaqə saxlamaq" ittihamı ilə həm ölüm cəzasına, həm də 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Karun" insan hüquqları təşkilatı edamların dayandırılması üçün beynəlxalq birliyi təcili addımlar atmağa çağırıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью