İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

20.04.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün səhər İranın şimalında yerləşən Qəzvin vilayətində yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qəzvin vilayəti Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin rəhbəri Hosaməddin Haqşünas yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində təyyarənin 1 kişi (pilot) və 1 qadın (pilot köməkçisi) xəsarət alıb.

Haqşünas deyib ki, yaralıların təyyarədən çıxarılaraq xəstəxanaya helikopterlə çatdırılıb.

Hadisənin baş verməsi səbəbi araşdırılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью