İranda zəlzələ oldu

05.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

İranın qərbində, İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.

Hazırda tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью