İranda zəlzələdə 15 nəfər xəsarət alıb

05.12.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İranın Xuzistan vilayətində 5,2 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.

Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 15 nəfər xəsarət alıb. Zəlzələ ilə əlaqədar 2 kəndin yolu bağlanıb.

Qeyd edək ki, bu gün səhər saatlarından indiyə qədər afterşokların sayı 11-ə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью