Icma.az, Baku.ws saytına istinadən bildirir.
İranın Kürdüstan əyalətinin Qorve şəhərində Kərbəla ziyarətinə gedən zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı IRNA-ya istinadla xəbər verib.
Məlumata görə, Zəncan istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində dörd nəfər ölüb, 42 nəfər yaralanıb. Qəzanın əsas səbəbinin yüksək sürət olduğu bildirilib.