İrandakı Bəndər Ləngə limanında partlayış olub

22.03.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bazar günü İranın cənubundakı Bəndər Ləngə limanında üç partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Hadath” portalı məlumat yayıb.

Məlumatda bunun limana üç gün ərzində ikinci hücum olduğu bildirilir. 

Hücum nəticəsində limanda lövbər salmış ticarət gəmilərinə dəyən ziyan və ya itki barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Bəndər Ləngə limanı İranın cənubundakı Hörmüzqan əyalətində, Fars körfəzi sahilində yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью