İrandakı dəhşətli partlayış: ölənlərin yekun sayı kəskin azaldı

04.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

2025.05.01. 00:32

İranın cənubundakı Bəndər-Abbas limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 deyil, 57 nəfər təşkil edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında bildirilib.

Qeyd edilib ki, 70 nəfərin 57 nəfərə azalmasının səbəbi partlayış nəticəsində qopan insan əzalarının bir yerə yığılmasından sonra aparılan araşdırma və analizlərdir.

İran mediası hadisə ilə əlaqədar iki nəfər həbs olunduğunu da yazıb. Həbs edilənlərdən birinin dövlət məmuru olduğu bildirilsə də, ad-soyadı və vəzifəsi açıqlanmır.

Qeyd edək ki, sözügedən limanda dəhşətli partlayış 26 apreldə baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью