İrandakı etiraz aksiyalarında 2000 nəfər həlak olub

13.01.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İranda etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla təxminən 2000 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Reuters" agentliyi adının açıqlanmasını istəməyən İran rəsmisinə istinadla bildirib.
“Bu, hakimiyyətin iki həftəlik ölkə miqyasında davam edən iğtişaşların intensiv şəkildə yatırılması nəticəsində ölənlərin sayının yüksək olduğunu ilk dəfə etiraf etməsidir”, - agentlik bildirib.
“Reuters” agentliyinə danışan İran rəsmisi həm etirazçıların, həm də təhlükəsizlik qüvvələri əməkdaşlarının ölümünün arxasında terrorçu adlandırdığı şəxslərin olduğunu bildirib.
Bununla belə, o, ölənlərin neçəsinin etirazçı, neçəsinin təhlükəsizlik qüvvələri əməkdaşı olduğu barədə məlumat verməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью