İrandakı iğtişaşlarda həlak olan polis əməkdaşlarının sayı məlum olub

12.01.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda iğtişaşlar zamanı 100-dən çox polis və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin təhlükəsizlik güclərindəki mənbə məlumat yayıb.

Onun sözlərinə görə, son beş gün ərzində yüzlərlə mülki şəxs də yaralanıb. Bildirib ki, iğtişaşlar respublikanın 31 vilayətində 500-dən çox yerdə qeydə alınıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью