İrandakı zəlzələ Naxçıvanda hiss olundu

26.11.2024

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.

Axşam.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, saat 21:32-də Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью