İrandakı zəlzələnin dəhşətli nəticəsi: HESABAT

06.12.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

İranın Xuzistan əyalətinin Heftgel şəhərində dünən baş vermiş 5,6 bal gücündə zəlzələnin hesabatı açıqlanıb.

News24.az xəbər verir ki, Xuzistan valisi Məhəmməd Rza Mevalizad açıqlamasında zəlzələdə ümumilikdə 29 nəfərin yaralandığını, onlardan 28-nin ambulator müalicə aldığını, 1 nəfərin isə xəstəxanada müalicə aldığını bildirib.

Zəlzələdən sonra böhran mərkəzinin yaradıldığını bildirən M.Mevalizadə, “Bütün qiymətləndirmə, yardım və əməliyyat qrupları sürətlə bölgəyə göndərilib. İndiyədək aparılan araşdırmalarda zəlzələ nəticəsində 296 evin dağıldığı müəyyən edilib”.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью