İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır

17.02.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Ötən il Azərbaycan İrandan ümumi dəyəri 5 milyon 112 min dollar olan 10 min 206 ton, Türkiyədən isə ümumi dəyəri 241 min dollar olan 482 ton badımcan idxal edib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, İran və Türkiyədən idxal olunan 1 kiloqram badımcanın orta gömrük dəyəri 50 sent (85 qəpik) olub.
Məlumat üçün onu da bildirək ki, ötən ölkənin pərakəndə satış məntəqlərində idxal olunan badımcanın orta satış qiyməti 2 manat olub.
Qeyd edək ki, badımcana olan daxili tələbatı yerli istehsal hesabına təmin etmək mümkün olmadığı üçün xaricdən idxal edilir. Azərbaycanda il ərzində 85-90 min ton badımcan istehsal olunur.
Onu da qeyd edək ki, yerli badımcan bazarlarda idxal badımcandan daha ucuz satılır.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью