İrandan ABŞ a doğru İLK ADDIM RƏSMƏN AÇIQLANDI KONKRET

11.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İran uranın zənginləşdirilmə səviyyəsini müəyyən qədər tənzimləməyi planlaşdırır. Bu addım ABŞ-la etimad mühitinin formalaşdırılması məqsədi daşıyır. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçi açıqlama verib.

KONKRET.az xəbər verir ki, Araqçi danışıqlarda irəliləyişin əldə olunması üçün bu qərarın vacib olduğunu bildirib: “Biz müəyyən texniki addımlar atmağa hazırıq, əgər qarşı tərəfdən də səmimiyyət görsək.”

Qeyd olunur ki, İran və ABŞ arasında dolaylı şəkildə aparılan növbəti danışıqlar raundu təxminən bir həftə sonra baş tutacaq.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью