İrandan ABŞ a: Əsassız tələblər irəli sürməyə davam edirsiniz

11.05.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ Prezidenti Donald Trampın İranın təklifini “qəbuledilməz” adlandırmasına cavab verib.

Turkustan.az xəbər verir ki, Bekayi bildirib ki, İranın ABŞ ilə müharibəyə son qoyulması və Hörmüz boğazının yenidən açılması ilə bağlı təklifi qanuni və səxavətli yanaşmadır.

O qeyd edib ki, İranın təqdim etdiyi təklifdə heç bir həddindən artıq tələb yoxdur. Bekayinin sözlərinə görə, əksinə, ABŞ tərəfi əsassız və birtərəfli tələblər irəli sürməyə davam edir.

İran rəsmisi vurğulayıb ki, Tehran bölgədə gərginliyin azaldılması və sabitliyin qorunması istiqamətində diplomatik həll yollarını dəstəkləyir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью