GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Heç kimin İranla güc dili ilə danışmasına icazə verməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O bildirib ki, düşmənlər İslam Respublikasını hədələdikləri üçün peşman olacaqlar.
“ABŞ-ın Yəmənə zərbələrinin İrana qarşı təcavüzün ilkin mərhələsi olduğu ilə bağlı iddialar bizim üçün yeni bir şey deyil. Bu cür təhdidlər əvvəllər də çox eşidilib. İran heç vaxt təhdidlərə dözməyəcək”, – o vurğulayıb.
Araqçı qeyd edib ki, Yəmənə qarşı hücumlar uğursuzluqla başa çatacaq:
“Onları bununla məğlub etmək mümkün deyil”.
Əliyar Xəlil
Globalinfo.az