Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“İranda ABŞ Prezidenti Donald Trampın Venesuela üzərində hava məkanını bağlamaq qərarı pislənilib”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
O bildirib ki, Ağ Ev rəhbərinin bəyanatı “özbaşınalıq və beynəlxalq aviasiya təhlükəsizliyinə misilsiz təhdid” kimi qiymətləndirilib:
“ABŞ liderinin bu addımı ölkənin Venesuelanın milli suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribat xarakterli və qanunsuz fəaliyyətlərinin davamıdır. Belə tədbirlər hüququn aliliyinə, beynəlxalq sülhə və təhlükəsizliyə təhlükəli nəticələr doğura bilər”.
Safura Bənnayeva
Globalinfo.az