İrandan ABŞ a: Türkiyədəki bazanız hədəfə alınacaq!

14.01.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tehran Vaşinqtonun İrana hücum edəcəyi təqdirdə ABŞ-ın region ölkələrindəki hərbi bazalarına zərbələr endirəcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”ə İranın yüksək vəzifəli rəsmisi deyib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər regional ölkələrə bildirib ki, ABŞ İranı hədəf alacağı təqdirdə, həmin ölkələrdəki ABŞ bazaları hədəfə alınacaq”, - deyə rəsmi bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью