İrandan ABŞ dəki seçkilərə Reaksiya

04.11.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ vətəndaşları Konqresə aralıq seçkilərdə İranla müharibənin əleyhinə səs verdilər”​. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb. 

“Ya vicdanlarına, ya da yaşayış xərclərinə görə amerikalılar müharibəyə “yox” dedilər. Biz bu mesajı dəstəkləyirik. Əgər ABŞ hökuməti beynəlxalq bazar spekulyantlarına və şantajçılara xidmət etmək üçün cəmiyyətin iradəsinə xəyanət edərsə, bizim “yox” cavabımızın kabus olacağını anlayacaq”, - paylaşımda deyilir. 

Qeyd edək ki, ABŞ-də keçirilmiş aralıq seçkilərin ilkin nəticələrinə görə, Demokratlar Senatda 53, Respublikaçılar 41 yer qazanıblar. Nümayəndələr Palatasında isə Demokratlar 220, Respublikaçılar 127 yer əldə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью