İrandan ABŞ ın zərbə hədəsinə daha bir CAVAB

31.03.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ Prezidenti Donald Trampın İrana hava hücumları ilə bağlı bəyanatları BMT Nizamnaməsinin pozulmasıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqei deyib.

“Donald Tramp tərəfindən açıq şəkildə “bombalama” hədəsi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyətinə sarsıdıcı təhqirdir. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur”, – o, “X” sosial şəbəkəsində yazıb.

Baqeinin sözlərinə görə, zorakılıq zorakılığı doğurur, ABŞ isə öz kursunu seçə bilər, sadəcə, bunun nəticələrini də qəbul etməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью