İrandan ABŞ la bağlı gözlənilməz addım: Nüvə masası dağıldı

04.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.


ABŞİran arasında fevralın 6-da, cümə günü keçirilməsi planlaşdırılan nüvə danışıqları təxirə düşə və ya ümumiyyətlə baş tutmaya bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Qeyd olunub ki, danışıqların keçirilməməsinin əsas səbəbi ABŞ tərəfinin görüşün Omanda keçirilməsi tələbinə razılıq verməməsidir.

ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, Vaşinqton bu məsələ ilə bağlı Tehrana sərt mövqe təqdim edib.

“Biz onlara ya bu variantı qəbul etməli olduqlarını, ya da ümumiyyətlə görüşün olmayacağını dedik. Onlar isə “yaxşı, onda heç nə” cavabını verdilər”, – deyə ABŞ rəsmisi qeyd edib.

Eyni zamanda ABŞ tərəfi vurğulayıb ki, İran danışıqların ilkin formatına qayıtmağa razılaşacağı təqdirdə, görüşlər bu həftə və ya gələn həftə ərzində baş tuta bilər.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью