Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İran ABŞ ilə gərginliyin davam etdiyi bir vaxtda diqqətçəkən iddia irəli sürüb.
“Cebheinfo.az” xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının girişində ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini bildirib.
SEPAH-ın açıqlamasına görə, sözügedən sualtı aparat müasir və ən qabaqcıl texnologiyalarla təchiz olunub.
Qurum yaxın vaxtlarda aparata dair görüntülərin ictimaiyyətə təqdim ediləcəyini də bəyan edib.
Qeyd edək ki, bu iddia hələlik ABŞ tərəfindən təsdiqlənməyib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin