İrandan ABŞ nin təhdidlərinə CAVAB

07.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İran ABŞ-nin bütün İran neft tankerlərinə zərbə endirməklə bağlı təhdidlərini kəskin tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin bu cür təhdidlərinin özünü dünyanın ən böyük supergücü hesab edən ölkənin nüfuzuna xələl gətirdiyini bildirib.

“Tarixin ən böyük supergücü olduğunu iddia edən bir ölkənin bu cür təhdidlərə əl atması və özlərinin etiraf etdikləri hücumlara görə ticarət gəmilərini hədəfə alması şərəfsiz davranışdır”, – deyə Bəqayi bildirib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Heqset daha əvvəl ABŞ hərbi gəmilərinə edilən hücumlara cavab olaraq İranın bütün neft tankerlərinin vurula biləcəyini açıqlayıb.

İran parlamentinin spikeri və ABŞ ilə münaqişə üzrə danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibaf da Heqsetin açıqlamalarına münasibət bildirib. O, “X” sosial şəbəkəsində yazıb ki, ABŞ İranın aktivlərinə hücum edərsə, Tehran Vaşinqtonla əlaqələri olan Yaxın Şərqdəki neft və qaz şirkətlərinə qarşı cavab tədbirləri görəcək.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin Xarq adası, Cask yaxınlığı və Oman körfəzində üç İran neft tankerinə hücum etdiyini açıqlayıb. Bunun ardınca İran qüvvələrinin Hörmüz boğazında ABŞ ilə əlaqəli üç neft tankerini hədəfə aldığı bildirilib.

“Reuters”in məlumatına görə, daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-nin təyyarədaşıyan gəmisinə və esminesinə ballistik raketlərlə hücum etdiyi barədə məlumat yayılıb.

Murad İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью