İrandan ABŞ nin yeni sanksiyalarına reaksiya

07.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi ilə ABŞ və İran arasında gərginlik yenidən kəskinləşir.

"Cebheinfo.az" xəbər verir ki, İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-nin İranın Çinə xam neft nəqlini asanlaşdıran beynəlxalq şəbəkəyə sanksiya tətbiq etmək qərarını pisləyib.

Bekayi açıqlamasında deyib:

"ABŞ-nin yeni administrasiyasının İranın iqtisadi tərəfdaşları ilə qanuni ticarətinə maneçilik törədərək İran xalqını sıxışdırmaq qərarı qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir.

Bu addım ABŞ-nin üzərinə beynəlxalq məsuliyyət qoyur. İran İslam Respublikasına qarşı bu təktərəfli və zülmkar təşəbbüslərin nəticələrinə görə ABŞ məsuliyyət daşıyır".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və neft ixracatını dayandırmaq üçün həyata keçirdiyi “maksimum təzyiq” siyasətini canlandıracaq fərman imzalayıb.

ABŞ Maliyyə Nazirliyi İran xam neftinin Çinə daşınmasını asanlaşdıran beynəlxalq şəbəkəyə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Bu çərçivədə Çin, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindəki bəzi şirkətlər və gəmilər sanksiya siyahısına salınıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью